Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Henri Kissincer | |
---|---|
ing. Henry Alfred Kissinger | |
| |
22 sentyabr 1973 – 20 yanvar 1977 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Heinz Alfred Kissinger |
Doğum tarixi | 27 may 1923[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 2023[3] (100 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, politoloq, diplomat, yazıçı, sahibkar, pedaqoq, avtobioqraf[d], iş adamı, xarici işlər naziri[d] |
Uşağı | 2 |
Dini | İudaizm |
Hərbi xidmət | |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Döyüşlər | |
Rütbəsi | çavuş |
Elmi fəaliyyəti | |
Elm sahəsi | beynəlxalq münasibətlər, politologiya[11], siyasət[11], xarici siyasət[11], geosiyasət[11], diplomatiya[11], dövlət qulluğu[11] |
|
|
Təltifləri |
|
henryakissinger.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Henri Kissincer (ing. Henry Alfred Kissinger, alm. Heinz Alfred Kissinger, 27 may 1923[1][2][…], Fürt[d], Bavariya, Veymar Respublikası[8] – 29 noyabr 2023[3], Kent[d], Konnektikut, ABŞ[9]) — ABŞ dövlət xadimi, Nobel sülh mükafatı laureatı; Misirin İsraili tanımasını təmin edən şəxs; "Təhlükəsiz irrasionallıq" doktrinasının müəllifi; ABŞ-la SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasət professoru; ABŞ dövlət katibi, Milli Təhlükəsizlik Komitəsinin, Psixoloji-Strateji Komitənin, Əməliyyat-Araşdırma İdarəsinin sədri, Silah Sistemlərinin qiymətləndirilməsi qrupunun müşaviri vəzifələrini icra etmiş siyasətçi; Beynəlxalq ictimaiyyətin xilasedici nəzərilə yanaşdığı ABŞ prezidenti Barak Obamanın Xarici Siyasət Məsələləri üzrə Baş müşaviri; Genetikası Dəyişdirilmiş Orqanizmlər dokrinasının müəlliflərindən biri; "Neftə nəzarət etsən millətləri, ərzağa nəzarət etsən insanları nəzarət altına alarsan. Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir!" cümləsi ilə ABŞ-nin ərzaq siyasətini bir cümlə ilə ifadə edən şəxs; Livanı İsrail və Suriya arasında bölüşdürmək üçün bu ölkədə vətəndaş müharibəsini çıxaran: Fələstin Qurtuluş Təşkilatını iki hissəyə parçalayan; İsraili 1967-ci il sərhədlərinə geri çəkilməyə məcbur etməyə çalışan ABŞ-nin Milli Təhlükəsizlik Komitəsinin sədrinin köməkçiki İosif Siskonun planının həyata keçirilməsinin qarşısını alan şəxs.[mənbə göstərin] 1969-1977-ci illərdə Riçard Nikson və Cerald Fordun prezident administrasiyalarında ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb.